FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Şuşa ili"nə həsr olunmuş "Məntiq və proqramlaşdırma" adlı bilik yarışının qalibləri mükafatlandırıldı

31.05.2022

        18 may 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində keçirilmiş “Şuşa ili”nə həsr olunmuş “Məntiq və proqramlaşdırma” adlı bilik yarışının qaliblərinə sertifikat və hədiyyələr təqdim olundu. Xatırladaq ki, iki turu əhatə edən bu yarışda iştirak edən 92 nəfər 7-ci sinif şagirdləri arasından 6 nəfər xal hesabı ilə qalib gələrək, 1, 2, 3-cü yerləri qazanıblar.

          Bir daha yarışı təşkil edən informatika müəllimlərinə (Ruslan Mehdiyev, Aysel Bədəlova, Ülkər Abdinova), bu prosesdə onlara kömək edən hər kəsə liseyin rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!