FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İngilis dili Mərkəzinin təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş tədbir keçirildi

25.05.2022

      25 may 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində fəaliyyət göstərən İngilis dili Mərkəzinin debat qrupunun üzvlərinin iştirakı və həmin bölmənin xarici dil müəllimlərinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə lisey rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Debatçıların 9 müxtəlif mövzu ətrafında apardıqları müzakirələr onların ingilis dili bacarıqlarını təkmilləşdirmək baxımından olduqca əhəmiyyətlidir. Şagirdlərimizin çıxışları tədbirdə iştirak edənlərin hər birində unudulmaz təəssürat yaratdı.

          Liseyin rəhbərliyi adından tədbirin təşkilatçılarına və debat üzvlərinə təşəkkür edir, onlara can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!