XƏBƏRLƏR

Ümumdünya Uşaq Günü münsibətilə asfalt üzərində rəsmlər
01.06.2022
01 iyun 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri Ümumdünya Uşaq Günü münsibətilə asfalt üzərində rəsmlər çəkərək, düşündüklərini ifadə etməyə çalışdılar. Rəsmlərdə uşaqların şahidi olduqları ictmai əhəmiyyətli hadisələrin əksi maraq doğurdu. Açıq səma, Qarabağ, Azərbaycan dövlətçiliyi və s. mövzular onu göstərir ki, yetişən nəsil xalqına, dövlətinə məhəbbət ruhunda böyüyür.
Liseyin rəhbərliyi adından uşaqları təbrik edir, tədbirin təşkilatçılarına təşəkkürümüzü bildirərək, can sağlığı və uğurlar arzulayırıq!