XƏBƏRLƏR

"Sabah" qrupunun fizika ixtisası üzrə tələbələrinin sınaq dərsləri
20.05.2022
Bakı Dövlət Universitetinin “Sabah” qrupunun fizika ixtisası üzrə tələbələri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təcrübə müddətində bir sıra sınaq dərsləri keçdilər. Belə ki, təcrübəçilər: Əhmədova Səyyarə (elmi rəhbər Zeynəb Bayramova), Şəbnəm Qurbanova (elmi rəhbər Şəmsəddin Qurbanov), Jalə Babazadə (elmi rəhbər Hacıağa Əliyev), Ülviyyə Cavadzadə (elmi rəhbər Gülbiçə İsayeva), Məmmədov Məhəmmədəli (elmi rəhbər Seyran Səfərov) fizika fənninin müxtəlif mövzuları üzrə dərslər hazırlayıb, tədris etdilər.
Təcrübəçilərə və onların rəhbərlərinə uğurlar arzulayırıq!