FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Hüquqlarını tanı" mövzusunda seminar-dərs

07.06.2022

        07 iyun 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7b sinfində Həyat bilgisi dərsində liseyin psixoloqu Sevda Nəbiyevanın, UBR Nərmin Hüseyzadənin və fənn müəllimi Taleh Ələsgərovun iştirakı ilə “Hüquqlarını tanı” mövzusunda seminar-dərs keçirildi. Dərsdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” (2022-ci ildə də 18 may-18 iyun tarixləri) çərçivəsində insan hüquq və azadlıqları barədə söhbət açıldı, şagirdləri maraqlandıran suallara cavab verildi. 

          Tədbirin təşkilatçılarına təşəkkür edir, uğurlar arzulayırıq!