
IV siniflərdə monitorinq
07.06.2022
07 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Respublikanın ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd:
1. ibtidai təhsil səviyyəsində təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi;
2. şagird nailiyyətlərinin yaxşılaşdırılması;
3. IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi;
4. şagirdlərin növbəti təhsil pilləsində təhsilini davam etdirməyə nə qədər hazırlıqlı olmasının müəyyən edilməsi və bu istiqamətdə kompleks tədbirlərin aparılması ilə bağlı gələcək fəaliyyətlərin planlaşdırılması;
5. ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Qeyd edək ki, bu gün Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində də 6 saylı məktəb-liseydə təhsil alan IV sinif şagirdləri üçün monitorinq təşkil olundu.
İştirakçılara uğurlar arzulayırıq!