FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İkinci yarımilə aid BSQ-lər keçirildi.

08.06.2022

        İkinci yarımilin sona çatması ilə əlaqədar olaraq, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VII-IX siniflərində məktəb rəhbərliyinin iştirakı ilə BSQ-lər keçirildi. BSQ-lər VII, VIII siniflərdə Azərbaycan dili, riyaziyyat, fizika, kimya, coğrafiya, ingilis dili fənlərini, IX siniflərdə isə bütün fənləri əhatə etdi. Şagirdlərə təqdim olunan test tapşırıqları ikinci yarımildə keçilmiş mövzuları əhatə edirdi. Testlər hər birində 16 tapşırıq olmaqla 4 variantda hazırlanmışdı.

          Liseyin rəhbərliyi test tapşırıqlarının hazırlanmasında, yoxlanaraq, təkmilləşdirilməsində zəhmət çəkmiş, imtahan prosesinin təşkilinə kömək etmiş hər bir müəllimə təşəkkür edir, can sağlığı, işlərində uğurlar arzulayır!