FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Beynəlxalq Riyaziyyat Olimpiadası üçün seçmə imtahanı

31.05.2022

         26 – 27 may 2022-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil İnstitutu Beynəlxalq Riyaziyyat Olimpiadasına seçmə imtahanı keçirdi. 23 nəfər RFO qalibinin iştirak etdiyi bu imtahanda Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın 6 nəfər üzvündən 4-ü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir. Beləliklə, həmin şagirdləri sizə təqdim edirik:

          Abbasov Toğrul Namiq oğlu (XIc),

          Cəfərzadə Amin Anar oğlu (XIc),

          Hüseynov Cəlil Hüseyn oğlu (Xb),

          Qarayeva Fidan Mübariz qızı (Xb).

          Şagirdlərimizi, onların müəllimlərini, xüsusilə Səfərov Şəmsi müəllimi təbrik edir, can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!