FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

3 şagirdimiz Balkan Riyaziyyat Olimpiadasında (JBMO) iştirak hüququ qazanıb

09.06.2022

     09 iyun 2022-ci il tarixində aşağı yaş qrupu üzrə Balkan Riyaziyyat Olimpiadasında (JBMO) Azərbaycanı təmsil edəcək komandanın tərkibini formalaşdırmaq üçün seçmə imtahanı keçirildi. Seçmə imtahanında 18 nəfər RFO qalibi iştirak edirdi. Onlardan 6 nəfər komandanın tərkibinə seçildi. 6 nəfərin 3-ü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir. Beləliklə, həmin şagirdləri sizə təqdim edirik:

          Kərimli İbrahim Elnur oğlu (9c),

          Şəfizadə Selcan Müşfiq qızı (10b),

          Bəkirov Səid Pərviz oğlu (9c).

          Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi, xüsusilə Şəmsi Səfərov müəllimi təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!