FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

BSQ-lərin yoxlanma prosesi başa çatmaq üzrədir.

12.06.2022

     Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində aparılmış BSQ-lərin yoxlanma prosesinə başlanılıb. Şagirdlərin işlərinin yoxlanmasına liseyin təcrübəli, peşəkar müəllimləri cəlb olunub. Əvvəlcə BSQ-lər üçün təqdim olunmuş test tapşırıqları fənn müəllimləri tərəfindən ekspertiza olunmuş, müzakirə edilərək, cavab meyarları çıxarılmış, daha sonra yoxlanma prosesinə başlanılmışdır.     

      Yoxlama prosesi sürətlə davam etməkdədir və yaxın günlərdə başa çatacaq. Nəticələr tezliklə müəllim və şagirdlərin diqqətinə çatdırılacaq.

   Liseyin rəhbərliyi adından BSQ-lər üçün istifadə olunmuş test tapşırıqlarının yoxlanmasında əziyyət çəkən, əmək sərf edən hər bir müəllimə dərin təşəkkürümüzü bildirir, onlara can sağlığı, işlərində uğurlar arzulayırıq!