FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

X sinif şagirdləri Azərbaycan dili fənnindən layihə işlərini təqdim etdilər

14.06.2022

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10-cu sinfini bitirən şagirdlər Azərbaycan dili fənnindən həm fərdi, həm də qrup şəklində layihə işi olaraq, qəzetlər hazırlayıb təqdim etdilər. Burada aşağıdakı əsas iki məqsəd nəzərdə tutulmuşdur:

Qəzet necə hazırlanmalıdır,

Komanda şəklində necə işləmək olar.

     İşlərin təhlili göstərir ki, şagirdlərimiz onlara tapşırılan işləri bacardıqları qədər yerinə yetirməyə çalışıblar.

          Lisey rəhbərliyi bu layihə işlərinin təşkil olunmasına, şagirdlərə istiqamət verilməsinə kömək etmiş Azərbaycan dili müəllimlərinə və qəzetləri hazırlayan şagirdlərə təşəkkür edir, işlərində uğurlar arzulayır.