FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məktəbin son, gələcək uğurların ilk addımları

14.06.2022

      14.06.2022-ci il tarixdə ölkənin bütün ümumtəhsil məktəblərində olduğu kimi, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində də “Son zəng” çalındı.

     Tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev, liseyin direktoru T.Talıbov, müəllim, şagird kollektivi və həmçinin valideyinlərdə iştirak edirdilər.

    Tədbirdə liseyin məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqram nümayiş etdirildi.

    Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər fəxri fərman və diplomlarla təltif olundular.

   Əziz məzunlar, müstəqil həyata doğru sağlam və uğurla dolu addımlarla irəliləməyinizi arzu edirik. Səsiniz zirvələrdən gəlsin. Çalınan bu zəng məktəbin son, uğurlarınızın  isə ilk addımları olsun. “Son zənginiz” mübarək!