FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qarabağ SİZSİZ"

21.06.2022

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan IX sinif şagirdləri “Zəfər tarixi” fənni tədris olunan gündən bu dərsə xüsusi diqqət və həvəslə yanaşmışlar. Hər həftə “Zəfər tarixi” fənni keçildikcə şagirdlər və müəllimləri Günay Şərifzadə "Biz bu mövzuda nə edə bilərik?" sualı ətrafında düşünub, elə dərs müddətində şəhidlər haqqında topladıqları məlumatları cildləyib, kitab halına gətirməyi qərara aldılar. İlin əvvəlində qarşılarına qoyduqları bu ciddi işi böyük həvəslə başa çatdırdılar. "Qarabağ SİZSİZ" adı altında dərc olunan bu kitab bir daha göstərdi ki, istər döyüş meydanında, istərsə də intellektual sferada belə gənclərimiz var olduqca Azərbaycan hər zaman zirvələrə ucalacaq.

    Günay müəllimə və şagirdlərinə liseyin rəhəbərliyi adından təşəkkür edir, yeni-yeni uğurlar arzulayırıq!