FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

VII Məktəblilərarası Fənn Müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi

22.06.2022

     22 iyun 2022-ci il tarixində VII Məktəblilərarası Fənn Müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi keçirildi. Təqdim olunan rəqəmlərə əsasən, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi şagirdlərinin qazandıqları medallarının sayına görə ölkə üzrə ilk onluqda yer alıb.

    Xatırladaq ki, liseyimizdə təhsil alan 7-ci sinif şagirdləri VII Respublika Fənn Müsabiqəsində 2 qızıl, 4 gümüş, 5 bürünc olmaqla, ümumilikdə 11 medal qazanıblar. Qeyd edək ki, ilk dəfə olaraq, şagirdlərimiz bilolgiya fənni üzrə 1 qızıl, 3 gümüş medal qazanıb. 

   Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!

.