FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Birincilərin birincisi" – Cəlil Hüseynov və Toğrul Abbasov

30.06.2022

               30 iyun 2022-ci il tarixində RFO qaliblərinin mükafatlandırılması üçün  keçirilən tədbirdə hər fənn üzrə ən yüksək nəticə göstərmiş 9 qızıl medalçıya “Birincilərin birincisi" nominasıyası üzrə mükafatlar təqdim olundu. Bu nominasiyaya layiq görülənlər sirasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin iki şagirdi də yer alıb. Onlar liseyin 10b sinif şagirdi Hüseynov Cəlil Hüseyn oğlu və 11c sinif şagirdi Abbasov Toğrul Namiq oğludur. Hər iki şagirdimiz riyaziyyat fənni üzrə ən yüksək nəticə göstəriblər.

          Qeyd edək ki, bu nominasiya üzrə qaliblərə mükafatları təhsil naziri cənab Emin Əmrullayev təqdim etdi.

          Şagirdlərimizi, onların müəllimlərini və valideynlərini təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!