FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadasının medalçıları - Səid Bəkirov və İbrahim Kərimli

03.07.2022

       28 iyun – 3 iyul tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. Bu bilik yarışda məktəblilərimiz uğurla çıxış edərək, 2 gümüş, 3 bürünc medal qazanıblar. Medal qazanan şagirdlərin ikisi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IXc sinif şagirdləri Bəkirov Səid Pərviz oğlu və Kərimli İbrahim Elnur oğludur. Belə ki, Səid Bəkirov gümüş,  İbrahim Kərimli isə bürünc medal qazanıb.

      Şagirdlərimizi, onların valideynlərini, müəllimlərini, xüsusən Şəmsi müəllimi və əməyi olan digər şəxsləri təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!