FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının medalçıları

16.07.2022

    06 – 16 iyul 2022-ci il tarixləri aralığındə Norveçin paytaxtı Oslo şəhərində 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadası keçirildi. 104 ölkənin qatıldığı bu bilik yarışında Azərbaycanı 6 şagird təmsil edirdi. Şagirdlərimizin 1-i gümüş, 4-ü bürünc, 1-i isə həvəsləndirici mükafata layiq görülüblər. Uğur qazananların 4-ü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir. Beləliklə, medal qazanan şagirdlərimizi siz də tanıyın:

          Toğrul Abbasov Namiq oğlu (XIc) – gümüş medal,

          Amin Cəfərzadə Anar oğlu (XIc) – bürünc medal,

          Fidan Qarayeva Mübariz qızı (Xb) – bürünc medal,

          Cəlil Hüseynov Hüseyn oğlu (Xb) – bürünc medal.

          Şagirdlərimizi, onların valideynlərini, müəllimlərini, bu yolda əziyyət çəkən hər kəsi tək-tək təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!