
63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibləri Vətənə dönüblər
17.07.2022
17 iyun 2022-ci il tarixində 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibləri Vətənə dönüblər. Onları qarşılayanlar içərisində Təhsil Nazirliyinin, Təhsil TV-nin əməkdaşları və valideynlərlə yanaşı, liseyimizin tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev və sinif rəhbəri Nərmin Hüseynzadə də var idi.
Xatırladırıq ki, bu Olimpiadada qazanılmış 5 medalın 4-ü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdlərinə məxsusdur. Medal qazanan şagirdlərimizi bir daha təqdim edirik:
Toğrul Abbasov Namiq oğlu (XIc) – gümüş medal,
Amin Cəfərzadə Anar oğlu (XIc) – bürünc medal,
Fidan Qarayeva Mübariz qızı (Xb) – bürünc medal,
Cəlil Hüseynov Hüseyn oğlu (Xb) – bürünc medal.
Şagirdləri təbrik edir, əziyyət çəkən hər kəsə liseyin rəhbərliyi adından təşəkkürümüzü bildirir, onlara can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!