XƏBƏRLƏR

Şagirdimiz 52-ci Beynəlxalq Fizika Olimpiadasının bürünc medalına layiq görülüb
18.07.2022
10 – 18 iyul 2022-ci il tarixləri aralığında İsveçrədə onlayn şəkildə 52-ci Beynəlxalq Fizika Olimpiadası təşkil edilmişdir. Məktəblilərimiz bu bilik yarışında uğurla çıxış edərək, 2 bürünc və 1 həvəsləndirici mükafata layiq görülüblər. Medal qazananlardan biri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10b sinif şagirdi Sadıxzadə Sadiq Fətta oğludur. Belə ki, o bu olimpiadada bürünc medal qazanıb.
Şagirdimizi təbrik edir, onun üçün əziyyət çəkən hər kəsə liseyin rəhbərliyi adından təşəkkürümüzü bildirir, can sağlığı və bol-bol uğurlar arzulayırıq!