FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qəbul nəticələrinə görə 31 məzunumuz 600-dən çox bal toplayıb

03.09.2022

         DİM tərəfindən ali məktəblərə ixtisaslar üzrə yerləşdirmənin nəticələri açıqlanıb. Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyini bitirən 99 məzunun 97-si tələbə adını qazanıb. İki sinfin (11c və 11ç) bütün şagirdləri ali məktəblərə qəbul olunublar. 31 məzunumuz 600 və daha çox bal toplayıb və onlardan 11 nəfər 650-690 arası nəticə göstərib.

          Məzunlarımızın 25 nəfəri xarici ali məktəblərə qəbul olunub. Əksəriyyəti Türkiyə Universitetlərinə qəbul olan məzunlardan 2 nəfər (Abbaszadə Toğrul və Cəfərzadə Amin) dünya üzrə ilk onluqda yer alan KAİST (Cənubi Koreya), 4 nəfər ABŞ-nin nüfuzlu Universitetlərinin (Cənubi Florida, Gannon University, Missisipi Universiteti), 1 nəfər isə Gülhanə Asgeri Tibb Akademiyasının tələbəsi adını qazanıb.

          2021-22-ci dərs ilinin yekunlarına əsasən, 11 məzunumuz liseyi xüsusi nailiyyətlərlə (8 qızıl, 3 gümüş nişan) başa vurub.

          Məzunlarımızı, onların valideynlərini, bu yolda əziyyət çəkən müəllimlərini, bütün pedaqoji heyəti liseyin rəhbərliyi adından təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!