FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

2022-2023-cü dərs ilinin ilk Pedaqoji şurası keçirildi.

13.09.2022

      13 sentyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində 2022-2023-cü dərs ilinin ilk Pedaqoji şurası keçirildi. İclası giriş sözü ilə açan direktor T. Talıbov qarşıdakı illərdə təhsil sahəsində baş verəcək dəyişiklərdən söz açaraq, əsas diqqəti müəllimlərin sertifikasiya prosesinə yönəltdi. Eyni zamanda, liseyin yeni tədris ilinə hazır olduğunu qeyd edərək, rəhbərliyin görəcəyi işləri onların diqqətinə çatdırdı. Daha sonra direktor müavinləri əvvəlki tədris ilində əldə olunmuş nailiyyətlər barədə məlumat verdilər.

    Pedaqoji şurada müəllimlərin dərs yükü, iş planları, VII, VIII və X siniflərdə buraxılış fənlərindən əlavə BSQ olacaq digər fənlər və sinif rəhbərləri təsdiq olundu.