XƏBƏRLƏR

27 Sentyabr Anım Günü
27.09.2022
27 sentyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Anım Günü ilə əlaqədar olaraq, 9d sinfinin şagirdləri əllərində şəhid məzunlarımızın və şəhid olmuş müəllimlərin şəkillərini tutaraq, Dövlət Himnini oxudular və liseyin foyesində olan məzunlarımızın şəkilləri önünə gül dəstələri qoydular. Bundan başqa 8ç sinif şagirdləri gündəliklərinin üz qabığına şəhidlərin şəkillərini yerləşdirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!