FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

27 sentyabr Anım Gününə həsr olunmuş açıq dərs

27.09.2022

       26 sentyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində tarix müəllimi Günay Şərifzadə 9d sinif şagirdlərinin iştirakı ilə 27 sentyabr Anım Gününə həsr olunmuş açıq dərs keçdi. Dərsdə sinif rəhbəri S. Manafova, UBR N.Hüseynzadə, tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev də iştirak etdilər.

          Əvvəlcə Vətən müharibəsində şəhid olmuş əsgərlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər liseyimizin şəhid məzunları və bu savaşda canından keçmiş şəhid müəllimlər haqqında materiallar təqdim etdilər. Onların həyat tarixçəsi, keçmiş olduğu döyüş yolu bir daha iştirakçıların diqqətinə çatdırıldı.

          Liseyin rəhbərliyi dərsi təşkil edənlərə təşəkkür edir, vətən torpaqlarının azad olunması uğrunda canından keçmiş şəhidlərə rəhmət diləyir, xatirələrini dərin hörmətlə yad edir.