FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə ağır itki

25.09.2022

          Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin fizika müəllimi Əliyev Hacıağa Yaqub oğlu vəfat etmişdir.

         Sadə olduğu qədər qürurlu, səmimi olduğu qədər ötkəm, mehriban olduğu qədər ciddi və tələbkar olan mərd, xeyirxah, üzü kimi əməlləri də nurlu müəllim idi Hacıağa müəllim! Azərbaycan təhsilinə, elminə böyük töhfələr vermiş yüzlərlə şagirdin, tələbənin yetişməsində danılmaz xidmətləri olmuş gözəl, əvəzsiz və müdrik insan idi. Həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, müəllim adını təmiz vicdanla daşımış, şərəfli bir ömür yaşamış Hacıağa müəllim, bir müəllim və gözəl insan kimi onu tanıyan hər kəsin yaddaşında əbədi olaraq qalacaq, xatirələrində yaşayacaq, onun yoxluğu isə heç şübhəsiz ki, təhsilimizə və elmimizə öz təsirini göstərəcək.

          Üzərində zəhmətiniz, yuxusuz gecələriniz, həyəcanlarınız , qayğınız olan bütün şagird və tələbələrinizin valideynlərinin adından və lisey kollektivi adından Allahdan rəhmət diləyirik.

           Allah rəhmət eləsin!