FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyimizin şagirdləri "Dövlət Bayraq Meydanı Muzeyində" ekskursiyada

02.06.2016

IXA və IXE sinif şagirdləri meydanda səkkizguşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə  tanış oldular.

Bildirildi ki,muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud dövlətlərin, xanlıqların    bərpa olunan bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid gerblər, nümayiş olunur.    Burada Azərbaycanın müxtəlif illərdə qəbul olunan konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları da həmçinin Silahlı Qüvvələrin Ali Baş Komandanın, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri var. Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı nümayiş olunur.
 Muzeydə gördükləri Azərbaycanın ilk bayrağı uşaqların heyrətinə səbəb oldu.  Şagirdlərimiz  Bayraq meydanından xoş təəssüratlarla ayrıldılar.