FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Diaqnostik qiymətləndirmə

04.10.2022

        04 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Nazirlik tabeli liseylərdə təhsil alan VII və VIII sinif şagirdləri üçün diaqnostik qiymətləndirmə imtahanı keçirildi. İmtahan eyni zamanda, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan şagirdləri də əhatə etdi. Şagirdlər 140 dəqiqə ərzində onlara təqdim olunmuş test tapşırıqlarını cavablandırmalı oldular.

        Diaqnostik qiymətləndirmə Azərbaycan dili, riyaziyyat, ingilis dili, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya fənlərini əhatə edirdi.

          İmtahanın təşəbbüskarlarına, təşkil və kömək edənlərə təşəkkür edir, şagirdlərə uğurlar arzulayırıq!