FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Müəllimlərimiz dövlət və nazirlik mükafatları ilə təltif olunublar

04.10.2022

        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Təltif olunanlar içərisində Fizika, riyaziyyat və informatika təmayüllü Republika liseyinin riyaziyyat müəllimi Rəhimov Gülağa İfadə oğlu da yer alıb.

    Eyni zamanda, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə (03.10.2022-ci il tarixli K-1102 nömrəli) liseydə çalışan daha iki müəllimimiz – Ələsgərov Taleh Ələsgər oğlu və Əliyev Elgün Bəxtiyar oğlu “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.

          Müəllimlərimizi təbrik edir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!