FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Riyaziyyat fənni üzrə RFO-ya hazırlıq qruplarına seçim imtahanı

13.10.2022

         12 – 13 oktyabr 2022-ci il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində ora bu il qəbul olmuş şagirdlər üçün riyaziyyat fənni üzrə seçim imtahanı keçirildi. Bu imtahanın keçirilməsində əsas məqsəd liseyə yeni qəbul olmuş şagirdlər arasından daha istedadlı olanları müəyyən etmək və onları məktəb daxilində təşkil ediləcək RFO-ya hazırlıq qruplarına cəlb etməkdir.

        Qeyd edək ki, seçim imtahanı üçün tapşırıqları liseyin riyaziyyat müəllimi Şəmsi Səfərov hazırlayıb və şagirdlərin işləri yoxlandıqdan sonra formalaşacaq qruplarda olimpiada dərslərini o aparacaq.

       İmtahan prosesinin təşkilində bizə kömək edən hər kəsə və təşəbbüsünə görə Şəmsi müəllimə təşəkkür edir, uğurlar arzulayırıq!