FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

18 Oktyabr Müstəqilliyin Bərpası Günündə şagirdlərimiz Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində olublar

18.10.2022

       18 oktyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 9d sinif şagirdləri ilə birgə Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində 18 Oktyabr Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil olunmuş açıq dərsdə iştirak etdilər. Tədbirin təşkilatçıları şagirdlərlə birgə dəyirimi masa ətrafında bu günlə bağlı müzakirələr apardılar və xalqımızın hər zaman mübariz ruhlu, müstəqilliyə can atan və bu yolda yeri gəlsə, canlarından keçməyə hazır olan bir millət olduğunu qeyd etdilər. Çıxış edənlər şagirdlərə müstəqilliyimizin qorunmasının və daim uca tutulmasının şərəfli iş olduğunu bildirdilər.

      Daha sonra mərkəzin əməkdaşları şagirdləri orada yerləşən kitabxana və Heydər Əliyevin keçdiyi həyat yolunun qısa xronikasını əks etdirən muzeylə tanış etdilər.

      Tədbirin təşkilatçılarına və fəal iştirakına görə Günay müəllimə təşəkkür edir, uğurlar arzulayırıq!