
Fizika fənni üzrə liseydaxili seçim imtahanı
20.10.2022
19-20 oktyabr 2022-ci il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə bu il qəbul olmuş VII, VIII və IX sinif şagirdləri arasında fizika fənni üzrə liseydaxili seçim imtahanları keçirildi. Ümumilikdə, bu imtahanlarda 125 nəfər şagird iştirak etdi. Burada əsas məqsəd fizika fənni üzrə istedadlı uşaqların müəyyən edilməsi və onların fənn müsabiqələrinə, fənn olimpiadalarına hazırlığını koordinasiya və təşkil etməkdir. İmtahan üçün tapşırıqları liseyin fizika müəlllimləri Seyran Səfərov və Fikrət Abdulov tərtib etmişdilər. 10 məsələdən ibarət imtahan materialına cavab vermək üçün şagirdlərə 2 saat vaxt verildi.
İmtahanın təşkilində və sualların tərtibində köməyini əsirgəməyən hər kəsə təşəkkür edir, uğurlar arzulayırıq!