FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Avropa Qızlar İnformatika Olimpiadasının (EGOI 2022) bürünc medalçısı – Qarayeva Fidan Mübariz qızı

22.10.2022

      16-23 oktyabr 2022-ci il tarixləri aralığında Türkiyə Cümhuriyyətinin Antalya şəhərində Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2022) təşkil edildi. Azərbaycan məktəblilərinin ilk dəfə qatıldığı bu beynəlxalq bilik yarışında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Qarayeva Fidan Mübariz qızı uğurla çıxış edərək, bürünc medala layiq görülüb.

    Şagirdimizi, onun üçün əziyyət çəkən hər kəsi təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!