FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Zorakılıqla mübarizə" kompaniyası çərçivəsində "Biz zorakılığa qarşıyıq" adlı maarifləndirici tədbir keçirildi

20.10.2022

      20 oktyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində X sinif şagirdlərinin iştirakı ilə uşaqlarla rəftar və davranış qaydalarına və məişət zorakılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi. Tədbirdə liseyin psixoloqu S. Nəbiyeva, təlim tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev, UBR N. Hüseynzadə də iştirak edirdi.

    Tədbirdə uşaqların məruz qala biləcəkləri zorakılıq hallarından bəhs olundu, bu kimi hallara qarşı hansı hüquqi tənzimləmə mexanizmlərinin olduğu diqqətə çatdırıldı və şagirdləri maraqlandıran suallar geniş şəkildə müzakirə olundu.

  Tədbirin təşkilatçılarına liseyin rəhbərliyi adından təşəkkür edir, işlərində uğurlar arzulayırıq!