XƏBƏRLƏR

İcbari dispanserizasiya
20.10.2022
13-20 oktyabr 2022-ci il tarixləri aralığında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan şagirdlər növbəti tibbi müayinədən və icbari dispanserizasiyadan keçirildi. Belə ki, bu işləri həm liseyin həkimi, həm də məktəbin tabe olduğu poliklinikadan gələn həkim briqadası həyata keçirərək, müvafiq qeydlər apardılar.
Liseyin rəhbərliyi prosesi həyata keçirən həkimlərə təşəkkür edir, uğurlar arzulayır!