FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz Selcan Şəfiyev Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın tərkibində yer alıb

30.10.2022

      23 oktyabr 2022-ci il tarixində Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında ölkəmizi təmsil edəcək komandanı formalaşdırmaq üçün seçim imtahanı keçirildi. İmtahanda uğur qazanan şagirdlər sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11b sinif şagirdi Şəfiyeva Selcan Müşfiq qızı da yer alıb. Qeyd edək ki, cari dərs ilində bu olimpiada 02-12 dekabr 2022-ci il tarixləri aralığında Kolumbiya Respublikasının Boqota şəhərində keçiriləcək.

          Selcanı təbrik edir, ona can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!