FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz Hərbi Qənimətlər Parkında

03.11.2022

        03 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIIIa sinif şagirdləri sinif rəhbəri İlahə Baxşiyevanın təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkında oldular. Şagirdlər 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərlə və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri ilə tanış oldular. 

       Ekskursiyanı təşkil edənlərə rəhbərlik adından təşəkkür edir, uğurlar arzulayırıq!