FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məktəbdaxili siniflər arasında voleybol yarışının final nəticələri

06.06.2016

06.06-2016-cı il tarixdə voleybol üzrə oyunların final mərhələsi keçirildi. Final mərhələdə üç komanda üç yer uğrunda mübarizə apardı. Birinci oyunda IXA və IXC sinifləri qarşılaşdılar. IXsinfi  2-1 hesabilə qalib gəldi. İkinci oyunda  IXC və VIIID sinifləri qarşılaşdılar. IXC sinfi 2-1 hesabilə qalib gəldi. Üçüncü oyunda isə IXA və VIIID sinifləri qarşılaşdılar . Bu oyunda IXA sinfi inamlı qələbə qazanaraq birinci yeri tutdular.

Beləliklə, IXA sinfi - I yer, IXC sinfi - II yer, VIIID sinfi isə III yer tutdular.