FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Bayrağın qürur duyduğu gün-Zəfər tarixi

03.11.2022

       03.11.2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində “Bayrağın qürur duyduğu gün-Zəfər tarixi” adlı tədbir keçirildi.

       Tədbiri giriş sözü ilə tərbiyə işləri üzrə direktor müavini Bəyalıyev Valeh açdı. Açılışdan sonra şagirdlər bir-birinin ardınca  bədii səhnəciklər göstərib, vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər söyləyib, rəqs etdilər. Vətən müharibəsi və qələbəmiz mövzularında olan bu tamaşa-səhnəciklər şagirdlər tərəfindən peşəkarlıqla ifa olundu.

     Tədbirin yekununda vətənpərvərliyi tərənnüm edən musiqi sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı və “Qarabağ Azərbaycandır!” şüarı səhnəyə gətirildi.

     Liseyin rəhbərliyi tədbirin təşkilatçılarına təşəkkür edir, yeni-yeni uğurlar arzulayır!