FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İnformatika fənni üzrə liseydaxili seçim imtahanı

03.11.2022

     03 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə bu il qəbul olmuş VII və VIII sinif şagirdləri arasında informatika fənni üzrə olimpiadaya hazırlıq dərslərini aparmaq üçün təşkil ediləcək qruplara seçim imtahanı keçirildi. Əsas məqsəd istedadlı şagirdlərin müəyyən edilməsi və onların olimpiadaya hazılıq dərslərinə cəlb edilməsidir.

    Şagirdlərə 5 açıq tapşırıq təqdim olundu və onlara 1 saat 20 dəqiqə vaxt verildi. Ümumilikdə, seçmə imtahana liseydə təhsil alan 96 şagird qatılmşdı. Yaxın həftələrdə imtahanın nəticələri elan olunacaq.

  İmtahan materiallarını hazırlayan Ruslan müəllimə, imtahanın təşkilində bizə kömək edən digər müəllimlərimizə liseyin rəhbərliyi adından təşəkkür edir, onlara və uşaqlara uğurlar arzulayırıq!