FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İngilis dili dərsləri

04.11.2022

      26 oktyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin müəllimi Günel Cəfərova dərs dediyi 9a, 9b və 9ə siniflərində ingilis dili dərsini “Adults and Teens – Yetkinler (böyükler) ve Yeniyetmeler ve onlarda fikir ayrılığı” mövzusuna həsr etdi. Əvvəlcə şagirdlər iki qrupa bölündülər. Her qrup öz fikrini yazdı və onlardan bir nəfər öz qrupunun fikirlərini digər qrupla müzakirə etdi. Müzakirə zamanı 2 qrup arasında maraqlı dialoq yarandı. Problemlərin səbəbləri və həlli yolları müzakirə olundu. Müellim də mövzuyla bağlı fikirlərini şagirdlərlə bölüşdü.     

    Dərsdə səslənən əsas fikirlər ondan ibarət oldu ki, gənclər boş vaxtlarını düzgün idarə etməli, telefon və kompüterlə çox vaxt keçirməməli, dərsdən əlavə zamanlarında idmanla və digər maraqlı fəaliyyətlərlə məşğul olmalıdır.

Günel müəllimə təşəkkür edir, uğurlar arzulayırıq!