FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz 8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev Mərkəzində olublar

04.11.2022

       04 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10ç sinif şagirdləri və tarix müəllimi Günay Şərifzadə 8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq Yasamal rayon Heydər Əliyev Mərkəzində oldular. Mərkəzin əməkdaşları şagirdlərə kiçik ekskursiya təşkil etdilər. Şagirdlər mərkəzin kitabxanası və muzeyi, eyni zamanda, Heydər Əliyevin keçdiyi həyat yolu, daxili və xarici siyasəti barədə qısa şəkilli  xronika ilə tanış oldular. 

     Daha sonra liseyin şagirdləri dəyirmi masa ətrafında 44 günlük müharibə barədə müzakirələrə qoşularaq illərlə həsrətində olduğumuz torpaqların xalqımızın əzmi və ordumuzun rəşadəti sayəsində geri qaytarılması haqqında söhbətləri dinlədilər. Çıxış edənlər istər Anım Günündə, istərsə də Zəfər Günündə  şəhid və qaziləri hörmətlə xatırlamağın, onların adını uca tutmağın bizlərin borcu olduğunu vurğuladılar.

    Liseyin rəhbərliyi adından belə tədbirlərdə fəal iştirak etdiyi üçün Günay müəllimə təşəkkür edir, ona və şagirdlərə uğurlar arzulayırıq!