FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qələbəni yaşadanlar" mövzusunda dərs

05.11.2022

     05 noyabr 2022-ci il tarixində Fizka, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Günay Şərifzadə 9e sinfində Zəfər tarixi dərsində 8 Noyabr Zəfər Günü və 9 Noyabr Bayraq Günü ilə əlaqədar olaraq "Qələbəni yaşadanlar" mövzusunda dərs keçdi.

    İlk öncə müəllim və şagirdlər Vətən uğrunda canından keçən şəhidləri 1 dəqiqəlik sükutla yad etdilər. Şagirdlər "Bir ölüb, min dirilərik" deyimini rəhbər tutaraq hər biri bizlərə qalibiyyəti yaşadan şəhidlər haqqında ətraflı məlumat toplayıb, çəkdikləri rəsmləri ilə bərabər hörmət və sevgi ilə təqdim etdilər. Bayrağımızı, dövlətimizi canindan üstün tutan şəhidləri hər zaman xatırlamağın bizlərin mənəvi borcu olduğunu vurğuladılar. 

    Günay müəllimə təşəkkür edir, 9e sinif şagirdlərinə uğurlar arzulayırıq!