FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Nizami Gəncəvinin həyat və yaradıcılıq yoluna həsr edilmiş dərs

01.11.2022

     01 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Mədətli VIIIb sinfində ədəbiyyat dərsini Nizami Gəncəvinin həyat və yaradıcılıq yoluna həsr etdi. Bu məqsədlə şagirdlər dahi Azərbaycan şairi, dünya ədəbiyyatında parlaq səhifə açmış şəxsiyyətlərdən olan Nizami Gəncəvi haqqında təqdimat hazırladılar.

    Şagirdlərimiz təqdimatlarında dönə-dönə vurğuladılar ki, əsrlərdən bəri öz təravətini itirməyən, xalqımızın mənəvi sərvətinə çevrilən Nizami Gəncəvi öz şəxsiyyəti və yaratdığı heyrətamız qəhrəmanlarının nümunəsi ilə bir tərbiyə məktəbidir ki, oxucularını əxlaqi cəhətdən saflaşmağa, kamilləşməyə sõvq edir. Onun hikmətli, müdrik, əxlaqi fikirləri ilə tanışlıq gənc nəsildə mənəvi saflaşmaq, tərbiyələnmək tələbatı doğurur.

    Xəyalə müəllimə və şagirdlərə təşəkkür edir, uğurlar arzulayırıq!