FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İntihar və intihara cəhd hadisələri" adlı seminar

04.11.2022

     04 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin psixoloqu Sevda Nəbiyeva 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə "İntihar və intihara cəhd hadisələri" adlı seminar keçirdi.

    Seminar zamanı intihara səbəb olan amillər haqqında şagirdlərlə müzakirələr aparıldı. Sonda intihar barədə 4 sualdan ibarət sorğu keçirildi, şagirdlər anonim şəkildə həmin suallara cavab verərək cavabları qutuya atdılar. Tədbir başa çatdıqdan sonra qutu açıldı, şagirdlərin cavabları əsasında analiz aparıldı.

    Qeyd edək ki, sorğu üçün sualları 11c sinif şagirdləri: Camalova Südabə və Muradov Əli hazırlayıb redaktə etdilər. Tədbirdə təqdim olunan rəsmləri isə 9b sinif şagirdi Cəfərzadə Xədicə və 11c sinif şagirdi Zeynalov Aslan çəkmişdilər.

Tədbirin təşkilatçılarına təşəkkür edir, uğurlar arzulayırıq!