FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Unudulmayacaq qəhrəmanlar" mövzusunda dərs

05.11.2022

     05 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika lieyinin tarix müəllimi Alməmmədova Sevinc VIIId sinfində 8 Noyabr Zəfər Günü ilə əlaqədar olaraq “Unudulmayacaq qəhrəmanlar” mövzusunda dərs keçdi. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi şagirdlər və müəllimlər tərəfindən 1 dəqiqəlik sükutla yad edildi.

     Daha sonra şagirdlərimiz zəfərə gedən yolda özünü qurban verən qəhrəmanlarımız haqqında topladıqları məlumatları bir-biri ilə paylaşmaqla onlar haqqında bilmədiklərini õyrənməyə çalışdılar.

    Dərsin sonunda şagirdlər şəhidlər haqqında fikirlərini aşağıdakı kimi ümumiləşdirdilər: “Qərinələr, əsrlər keçsə də, xalq tərəfindən əsla unudulmayanlardır şəhidlər... Tarix boyu millətləri zəfərdən zəfərə aparan, canlarından keçməklə xalqın azadlıq dastanını qanı ilə yazanlardır şəhidlər... Torpaq uğrunda özünü fəda edənləri daim minnətdarlıq duyğusu ilə yad etməliyik”.

   Sevinc müəllimə və şagirdlərə təşəkkür edir, uğurlar arzulayırıq!