FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qarabağ mətbəxinə həsr olunmuş dərs

15.11.2022

    14 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin texnologiya müəllimləri Söylü Pəlilova və Səriyyə Hüseynli 9ç sinif şagirdləri ilə birgə liseyin yeməkxanasında təcrübi dərs keçdilər. Dərsin mövzusu Qarabağ mətbəxinə həsr olunmuşdur. Belə ki, şagirdlər döşəmə plov, göy qutabı və kətə hazırlamaq üçün lazım olan məhsulları öyrəndikləri əsasında əlaqələndirməli idilər. Bu işdə onlara müəllimlərlə yanaşı, yeməkxananın baş aşpazı Şahnaz xanım da kömək etdi. Daha sonra iştirakçılar, eyni zamanda, tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev, sinif rəhbərləri: Nərmin Hüseynova, Gültən Ədilova, Zülfiyyə Qarayeva və Aynurə Əfəndiyeva hazırlanan yeməklərin dadına baxdılar.

         Dərsin təşkilinə kömək edən hər kəsə rəhbərlik adından təşəkkür edir, uğurlar arzulayırıq!