FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Məktəblilər arasında İnformatika Layihə Olimpiadası keçirilib

11.06.2016

İyunun 11-də  Qafqaz Universitetində Rabitə və Yüksək Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu, Qafqaz Universiteti və İstək Liseylərinin təşkilatçılığı ilə İnformatika Layihə Olimpiadası – İLO2016 keçirilib.

Liseyimizin şagirdi Həsənov Ayxan AlqoKod kateqoriyası üzrə olimpiadada iştirak etmiş və III yerə layiq görülmüşdür.