FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

10b sinif şagirdləri Heydər Əliyev dərslərində iştirak etdilər.

24.11.2022

     24 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi Anar Ələsgərov 10b sinif şagirdləri ilə birgə Yasamal rayon Heydər Əliyev Muzeyində Heydər Əliyev dərslərində iştirak etdilər. Şagirdlər əvvəlcə muzeylə tanış oldular və Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşələri nəzərdən keçirdilər. Muzeyin bələdçisi şagirdləri oradakı eksponatlarla, müxtəlif kitablarla tanış etdi. Sonda iştirakçılar Vətən uğrunda canından keçmiş şəhidlərə həsr olunmuş film izlədilər.