FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İnformatika üzrə payız turnirinin gümüş medalçısı – Fuad Mübariz oğlu Qarayev

28.11.2022

         23 - 27 noyabr 2022-ci il tarixləri aralığında Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə 14-cü Beynəlxalq payız turniri təşkil edilmişdi. Hibrid formada keçirilmiş bu turnirə 18 ölkədən 392 məktəbli qatılmışdı. Onlayn formatda iştirak edən məktəblilərimiz 1 gümüş, 1 bürünc medal qazanıblar. Medal qazanan şagirdlərdən biri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10d sinif şagirdi Qarayev Fuad Mübariz oğludur. O bu yarışda gümüş medal qazanmışdır.

    Fuadı təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!