FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Hüquqlarım və mən" mövzusunda maarifləndirici tədbir

23.11.2022

     23 noyabr 2022-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyin VIIIc sinif şagirdləri sinif rəhbəri Burlaxatun Babayevanıntəşkilatçılığı ilə “Hüquqlarım və mən” mövzusunda maarifləndirici tədbir keçirdilər. Tədbirdə liseyin psixoloqu Sevda Nəbiyeva və UBR Nərmin Hüseynzadə də iştirak edirdi.

   Tədbirdə UBR Nərmin Hüseynzadə şagirdlərə uşaq hüquqlarına dair mövcud normativ-hüquqi aktlar və uşaq hüquqlarına dair konvensiyalar barədə məlumat verdi. Psixoloq Sevda xanım  isə ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları, uşaq əməyinin istismarı, sui-istifadə, laqeyd rəftar və zorakılıq, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizə məsələlərinə toxundu.

    Tədbirin təşkilatçılarına təşəkkür edir, uğurlar arzulayırıq!