FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

British Council-ın tərəfdaşlarla görüşü

17.11.2022

       17 noyabr 2022-ci il tarixində Böyük Britaniya və Şimali Irlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri cənab Ferqus Auld British Council təlimçilərini, Resurs və Təlim Mərkəzlərinin İngilis dili  müəllimlərini və direktorlarını, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və BP-dən olan tərəfdaşlarını öz iqamətgahında qəbul etmişdir. Tədbir zamanı cənab səfir British Council-ın tərəfdaşlarla əməkdaşlıq çərçivəsində həyata keçirdiyi ingilis dilinin tədrisi və öyrənilməsi layihələrinin əhəmiyyətini vurğuladı və layihələrin uğuruna töhfə verən müəllimlərin böyük əməyini yüksək qiymətləndirdiyini qeyd etdi.

    Tədbirdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin  ingilis dili müəllimləri İradə Yahyayeva, Günel Sadıqova və Nigar Novruzova da iştirak etmişdilər. Onlara uğurlar arzulayırıq!